Türkiyənin xarici işlər naziri Hakan Fidan Böyük Britaniya Parlamentinin Lordlar Palatasının və İcmalar Palatasının üzvləri ilə görüşüb.
Məlumatı “Anadolu” yayıb.
Türkiyə Xarici İşlər Nazirliyinin sosial media platformasında paylaşdığı məlumata görə, Fidan Böyük Britaniyaya səfəri zamanı Britaniya parlamentinin hər iki palatasının nümayəndələri ilə cari məsələləri müzakirə edib.
Məlumatda görüşlərdən fotoşəkillər də yer alıb.
Fidan daha əvvəl Böyük Britaniyanın xarici işlər naziri İvet Kuper ilə danışıqlar aparıb. Görüşdən sonra tərəflər “Türkiyə ilə Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq üzrə Çərçivə Sazişi”ni imzalayıblar.
P.ƏMİRCANOV
XQ

