Quterreş: Yaxın Şərqdəki münaqişənin hərbi həlli yoxdur

post-img

BMT-nin Baş katibi Antonio Quterreş Nyu-Yorkda, BMT-nin mənzil-qərargahında jurnalistlərə bildirib ki, Yaxın Şərqdəki münaqişənin hərbi yolla həlli yoxdur. 

Məlumatı “Anadolu” verib. 

Quterreş danışıqların bərpasına, atəşkəsin qorunmasına və Hörmüz boğazı da daxil olmaqla, naviqasiya azadlığına hörmət etməyə çağırıb: “İndi gərginliyin deyil, təmkin və diplomatiyanın vaxtıdır”.

O, müharibə və güc tətbiqi qaydalarının getdikcə daha çox qulaqardına vurulduğunu və mülki şəxslərin ağır itkilər verdiyini qeyd edib: “Humanitar öhdəliklər pozulur və bəzi hallarda hətta BMT heyəti üçün təhlükəsizlik zəmanətlərinə də əməl edilmir. Çox insan ədalətin özünə göz yummağa üstünlük verir”.

Quterreş “qanunsuzluğun xaos yaratdığını, əzabları artırdığını və məhvə apardığını” vurğuladı və dövlətləri beynəlxalq hüquqdan yayınmamağa, əksinə, ona sadiqliklərini bir daha təsdiqləməyə çağırıb.

P.ƏMİRCANOV
XQ

Dünya