Fövqəladə hallarda davranış qaydaları barədə maarifləndirmə tədbirləri

post-img

Fövqəladə Hallar Nazirliyinin qurumları tərəfindən fövqəladə hallarda davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

Məlumatı nazirliyin mətbuat xidməti verib. 

Məlumata görə, FHN-in Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin mütəxəssislərinin də iştirakı ilə Gəncə Regional Mərkəzi (RM) tərəfindən Gəncə şəhər M.Müşfiq adına 14 nömrəli, Samux rayon Ş.Ağamalıyev adına Füzuli kənd və Şəmkir rayon Q.Allahverdiyev adına Şiştəpə kənd, Aran RM tərəfindən Ucar rayon Qazıqumlaq kənd 1 nömrəli və Ağdaş rayonu, Nehrəxəlil kənd, Muğan RM tərəfindən Saatlı şəhər 4 nömrəli, Şimal RM tərəfindən Qusar rayonu, Ləcət kənd və Xaçmaz rayonu, Xudat şəhər 4 nömrəli, Şimal-qərb RM tərəfindən Qobustan rayonu, Ə.Nəbiyev adına Təklə Mirzəbaba kənd, Qarabağ RM tərəfindən Ağcabədi şəhər 1 nömrəli və Beyləqan rayonu, Dünyamalılar kənd 1 nömrəli və Cənub RM tərəfindən Masallı rayon Bədəlan kənd tam orta məktəblərində maarifləndirmə tədbiriləri keçirilib.

Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.

İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.

P.ƏMİRCANOV
XQ



Sosial həyat