Uitkoffun Cenevrədə Dmitriyevlə görüşəcəyi gözlənilir

post-img

TASS agentliyinin Cenevrə beynəlxalq hava limanındakı mənbəyə istinadən verdiyi məlumata görə, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff fevralın 26-da İsveçrəyə gəlib.

Mənbə bildirib ki, “ABŞ prezidentinin xüsusi nümayəndəsini daşıyan təyyarə Vaşinqtondan gəlib”.

ABŞ-İran danışıqlarının üçüncü raundu bu gün Cenevrədə başlamalıdır. İkinci raunddan sonra İranın xarici işlər naziri Abbas Əraqçi Tehran və Vaşinqtonun əsas məsələlər üzrə müəyyən razılığa gəldiyini və potensial razılaşmanın detallarına diqqət yetirməyə hazır olduqlarını bildirib.

Rusiya mediasının məlumatına görə, Rusiya prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev də bu gün Cenevrəyə gələcək. RİA Novosti və TASS-ın məlumatına görə, o, xüsusi elçi Uitkoff və ABŞ prezidentinin kürəkəni Cared Kuşnerlə görüşəcək. TASS-ın məlumatına görə, Rusiya, Ukrayna və ABŞ arasında danışıqların dördüncü raundu martın əvvəlinə təxirə salınıb.

P.ƏMİRCANOV
XQ

Dünya