ABŞ Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxıb. Bu barədə Bloomberg agentliyi məlumat yayıb. ABŞ Prezidenti Donald Tramp ÜST-dən çıxmaq barədə sərəncamı təxminən bir il əvvəl imzalayıb.
Vaşinqton təşkilatın maliyyələşdirilməsini dayandırıb və ÜST əməkdaşlarını bütün ofislərdən, eləcə də qərargahdan geri çağırıb. Bu barədə məlumatı Səhiyyə və Sosial Xidmətlər Nazirliyinə istinadən agentlik yayıb. ABŞ, həmçinin ÜST-nin rəhbər orqanlarından və təşkilat tərəfindən maliyyələşdirilən işçi qruplarından da çıxıb.
Donald Tramp ÜST-dən çıxmaq barədə fərmanı ikinci prezidentlik müddətinin ilk günündə imzalayıb. ABŞ Prezidenti təşkilatı COVID-19 pandemiyası zamanı qeyri-effektiv tədbirlər görməkdə və "müvafiq olmayan siyasi təsirlərdən" asılılığını nümayiş etdirə bilməməkdə ittiham edib. ÜST-dən çıxmağın digər səbəbi kimi digər ölkələrlə müqayisədə daha yüksək olan üzvlük haqları göstərilib.
S.ELAY
XQ

