Vaşinqtonla Qrenlandiya ətrafında danışıqlar uğursuz olub

post-img

Danimarka xarici işlər naziri, onun Qrenlandiyalı həmkarı və Tramp administrasiyası arasında keçirilən görüş ABŞ-ın Qrenlandiyaya olan tələbləri məsələsini həll edə bilməyib. Avropalı müttəfiqlər Danimarkaya dəstək məqsədilə Arktika adasına birgə qoşun missiyasında iştirak edəcəklər. 

Danimarka və Qrenlandiyanın xarici işlər nazirləri ilə Tramp administrasiyasının rəsmiləri arasında keçirilən görüş Vaşinqtonun Qrenlandiya ərazisinin mülkiyyəti ilə bağlı artan gərginliyi həll edə bilməyib. 

Məlumatı “Euronews” verib. 

Danışıqlar Ağ Evi Danimarkanın nəzarətində olan adaya qarşı hərbi ritorikasından əl çəkməyə inandıra bilməyib. ABŞ prezidenti adanı “bu və ya digər şəkildə”, o cümlədən hərbi yolla nəzarətə götürməklə hədələyib.

Görüşdə Danimarka xarici işlər naziri Lars Lökke Rasmussen, Qrenlandiya xarici işlər naziri Vivian Motsfeldt və ABŞ rəsmiləri, o cümlədən vitse-prezident Sey Di Vens və dövlət katibi Marko Rubio iştirak ediblər. Rasmussen görüşün səmimi və konstruktiv olduğunu, lakin iki tərəf arasında “fundamental fikir ayrılıqlarının” mövcudluğunu etiraf edib.

O, Vaşinqtonda jurnalistlərə bildirib: “Biz Amerikanın mövqeyini dəyişdirə bilmədik. Prezidentin Qrenlandiyanı fəth etmək istəyinin olduğu aydındır”.

P.ƏMİRCANOV
XQ

Dünya