Hakan Fidan Qəzza ilə bağlı görüşdə iştirak edib

post-img

Türkiyənin xarici işlər naziri Hakan Fidan Qəzzada sülh planının ikinci mərhələsinə hazırlıqları müzakirə etmək üçün keçirilən onlayn görüşdə iştirak edib. 

Məlumatı “Anadolu” verib.

Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələrdən verilən məlumata görə, Fidan 2025-ci il dekabr ayının sonlarında Mayamidə keçirilən görüşün davamı olan onlayn görüşdə iştirak edib.

XİN başçısı ABŞ, Misir və Qətər nümayəndələri ilə Qəzzada sülh planının ikinci mərhələsinin hazırlanmasını müzakirə edib.

P.ƏMİRCANOV
XQ

Dünya