Qırğızıstan parlamenti (Joqorku Keneş) plenar iclasında xərcləri təxminən 12,6 milyard dollara bərabər olan 550,8 milyard som məbləğində 2026-cı il milli büdcəsini təsdiqləyib. Bu barədə Qırğızıstan Respublikası Joqorku Keneşinin rəsmi Facebook səhifəsində paylaşım edilib.
Məlumatı “Anadolu” yayıb.
Deputatlar “Qırğızıstan Respublikasının 2025-ci il və 2026-2027-ci illər üçün Respublika Büdcəsi haqqında” qanuna, eləcə də “Qırğızıstan Respublikasının 2026-cı il və 2027-2028-ci illər üçün Respublika Büdcəsi haqqında” qanuna dəyişikliklər edilməsi barədə qanun layihələrini nəzərdən keçiriblər.
Təqdim olunan məlumatlara görə, 2026-cı il üçün respublika büdcəsinin ümumi gəlirləri 551 milyard 207 milyon som, xərcləri 550 milyard 770 milyon som və profisit 436 milyon som təşkil edir.
P.ƏMİRCANOV
XQ

