ABŞ senatorları yenə büdcə ilə bağlı qanun layihəsini qəbul edə bilməyiblər və hökumətin fəaliyyətini dayandırması müddəti uzadılıb.
Məlumatı RBK verib.
Senatorlar hökumətin maliyyələşdirilməsi ilə bağlı razılığa gələ bilməyiblər. Tərəflər danışıqları davam etdirirlər və Prezident Tramp irəliləyişin əldə olunduğunu bildirir.
CBS News xəbər verir ki, sentyabr ayından bəri beşinci dəfədir, ABŞ senatorları hökumətin qısamüddətli maliyyələşdirilməsi üzrə qanun layihəsini qəbul edə bilməyiblər. Respublikaçıların Senatda çoxluğa sahib olmasına baxmayaraq, təkliflərin heç biri lazımi 60 səsi toplaya bilməyib.
Senat çoxluğunun lideri Con Tun səsvermənin davam etdiriləcəyini bildirib.
P.Əmircanov
XQ