Tramp Ərdoğanla görüş haqda: “Gözəl görüş idi”

post-img

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ağ Evin Oval kabinetində ABŞ prezidenti Donald Trampla görüşüb. Məlumatı “Anadolu” verib. 

Bir jurnalistin “Cənab prezident, siz əvvəllər bəyan etmişdiniz ki, prezident Tramp sülhə nail olmaq üçün səy göstərir. Siz regionun bir çox liderləri ilə görüşlər keçirirsiniz. Gələcəkdə necə birlikdə işləyə bilərsiniz?” sualına Prezident Ərdoğan cavab verib: “Bunu inandığım üçün deyirəm. İnanıram ki, bölgədəki çətinliklərin öhdəsindən birlikdə gələcəyik”.

Ərdoğan ABŞ Prezidenti Donald Trampla danışıqları başa vurduqdan sonra Ağ Evi tərk edib. Oval kabinetdə şəxsi görüşdən və nümayəndə heyətləri ilə nahardan sonra ABŞ prezidenti Tramp prezident Ərdoğanı qapıya qədər müşayiət edib.

Ağ Evdə 2 saat 20 dəqiqə davam edən görüşdən sonra prezident Tramp Ərdoğanla qapıda bir müddət söhbət edib və əlini sıxdıqdan sonra onu yola salıb.

Jurnalistlərin görüşün necə keçdiyini soruşduqda Tramp belə cavab verib: “Gözəl görüş idi”.

P.ƏMİRCANOV

XQ

Dünya