İyul ayında ABŞ Rusiyadan toyuq yumurtası idxal edib. Bu barədə RİA Novosti ABŞ statistika xidmətinin məlumatlarına istinadən xəbər verir.
Çatdırılmaların dəyəri 455.000 dollar təşkil edib ki, bu da 1992-ci ilin əvvəlindən bəri ilk belə sövdələşmədir.
Həmin ay ABŞ Səudiyyə Ərəbistanından 518 min dollar dəyərində yumurta idxal etməyə başlayıb. Ümumilikdə iyul ayında ABŞ-a toyuq yumurtası idxalının həcmi 16,5 milyon dollara çatıb. Əsas tədarükçülər Braziliya (8,8 milyon dollar), Meksika (3,9 milyon dollar) və Hindistan (933 min dollar) olub.
İdxalın artması quş qripi epidemiyası səbəbindən ilin əvvəlində ABŞ-da yumurtanın qiymətinin kəskin artması ilə izah olunur. Qiymətləri sabitləşdirmək üçün ABŞ hakimiyyəti idxalı artırmaq qərarına gəlib. Son aylarda qiymətlərin azalmasına baxmayaraq, iyulda onlar bir il əvvəlki səviyyədən 16,4 faiz yüksək olaraq qalıb.
P.ƏMİRCANOV
XQ