Türkiyənin turizm gəlirləri artıb

post-img

Türkiyənin turizm gəliri bu ilin ikinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 8,4 faiz artaraq 16 milyard 284 milyon 322 min dollara çatıb.

AZƏRTAC xəbər verir ki, Türkiyə Statistika Qurumu (TÜİK) bu ilin aprel-iyun dövrünə aid turizm statistikalarını açıqlayıb.

Məlumata əsasən, bu gəlirin 16 milyard 95 milyon 247 min dolları ölkəyə gələn ziyarətçilərdən, 189 milyon 75 min dolları isə tranzit uçuşlardan əldə olunub. Qeyd edilən dövrdə Türkiyəyə səfər edənlərin sayı da ötən ilin eyni rübü ilə müqayisədə 2 faiz artıb.

Dünya