Avropa İttifaqı Rusiyaya qarşı 18-ci sanksiya paketini təsdiqləyib. Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallas bu paketi indiyə qədərki “ən güclü məhdudiyyətlərdən biri” adlandırıb.
Sanksiyalar “Şimal axını” qaz kəməri, Hindistandakı “Rosneft”in emal zavodu və Rusiya müdafiə sənayesinə təzyiqləri artırmağı nəzərdə tutur. Bundan əlavə, Rusiyaya məxsus 105 tanker də “qara siyahıya” daxil edilib, neftin qiymət tavanı isə təxminən 47,6 dollaradək endiriləcək.
Bəzi Çin banklarına da sanksiyalar tətbiq ediləcək. Aİ bu bankları Rusiyanın sanksiyalardan yayınmasına yardım etməkdə ittiham edir.
Xatırladaq ki, 17-ci sanksiya paketi mayın 20-də qəbul olunmuşdu.
S.ELAY
XQ