Britaniyada səsvermə yaşı azaldılır

post-img

Birləşmiş Krallıq hökuməti səsvermə yaşının 18-dən 16-ya endirilməsi üzərində işləyir.

AZƏRTAC xəbər verir ki, bu barədə Baş nazirin müavini Ancela Reyner məlumat verib.

“Gənclər işləyərək, vergi ödəyərək, orduda xidmət edərək cəmiyyətə töhfə verirlər. Bu səbəbdən onların özlərinə aid məsələlərdə fikir ifadə etmələri normaldır” – deyə Reyner bildirib.

Ekspertlərin qənaətinə görə, hökumət bu yolla seçkidə zəif iştirak problemini aradan qaldırmaq istəyir.

Dünya