İran prezidenti Məsud Pezeşkian respublikanın MAQATE ilə əməkdaşlığının dayandırılmasını nəzərdə tutan qanunu imzalayıb. İranın Fars xəbər agentliyi çərşənbə günü bildirib.
İyunun 25-də İran parlamenti MAQATE ilə əməkdaşlığı müvəqqəti dayandıran qanun layihəsinə səs verib. İyunun 27-də İranın xarici işlər naziri Abbas Əraqçi sənədin parlamentdən yuxarı orqan olan Konstitusiyanın Keşikçiləri Şurası tərəfindən təsdiqləndiyini və fərmanın qüvvəyə mindiyini elan edib.
Sənəddə, xüsusilə, “nüvə sahəsində milli təhlükəsizlik təmin olunana qədər” MAQATE müfəttişlərinin İrana girişinə qadağa qoyulması təklif edilir.
P.ƏMİRCANOV
XQ