Vaşinqton: “Biz “Hörümçək toru” üçün Ukraynaya kəşfiyyat məlumatları ötürməmişik

post-img

ABŞ administrasiyası Rusiya hərbi obyektlərinə pilotsuz təyyarə hücumu hazırlamaq üçün Ukraynaya heç bir kəşfiyyat məlumatı təqdim etməyib. Bu barədə iyunun 1-də CBS-in Ağ Evin müxbiri Cennifer Ceykobs öz mənbələrinə istinadən məlumat verib.

"Administrasiyadakı mənbələrin mənə dediyinə görə, ABŞ kəşfiyyat məlumatlarını Zelenski və onun "Hörümçək toru" əməliyyatı üzrə komandası ilə bölüşməyib. Ukrayna məlumatı özü toplayıb", - jurnalist özünün X səhifəsində yazıb.

Daha əvvəl o, öz mənbələrinə istinadən bildirmişdi ki, ABŞ administrasiyasında Ukraynanın Rusiya hərbi aerodromlarına yuxarıda qeyd olunan hücumu hazırlaması barədə məlumat yoxdur.

S.ELAY

XQ

Dünya