Serbiya prezidenti Aleksandar Vuçiç bildirib ki, Serbiyadan Ukraynaya silah tədarükü ilə bağlı məlumat tam dəqiq deyil və rus və serb ekspertlər işçi qrupu çərçivəsində faktları müəyyənləşdirəcəklər.
RTS xəbər verir ki, o, bu barədə Serbiya teleradio kanalında bildirib.
“Rusiyalı tərəfdaşlarla birlikdə biz faktları müəyyən etmək üçün işçi qrupu yaratmışıq”, - Vuçiç bildirib.
Onun sözlərinə görə, bu mövzu ilə bağlı bəzi xəbərlər həqiqətə uyğun deyil.
“Məsələn, həqiqətən də Çexiya ilə müqavilə (silah tədarükü haqqında) var, lakin təkrar ixrac üçün icazə yoxdur”, - prezident bildirib.
"Başqa fakt da var. Biz ordumuzu təchiz etmək üçün silah göndəririk", - o qeyd edib.
Cümə axşamı səhər saatlarında Rusiya Xarici Kəşfiyyat Xidməti (SVR) Serbiyanın müdafiə müəssisələrinin bir sıra vasitəçi ölkələr vasitəsilə Kiyevə sursat tədarük etdiyini bildirib.
S.ELAY
XQ