Amerikalı milyarder və sahibkar İlon Mask ABŞ Prezidenti Donald Trampın müşaviri vəzifəsindən istefa verdiyini açıqlayıb. Bu barədə o, X sosial şəbəkəsində məlumat verib. Xəbəri “Anadolu” yayıb.
“Hökumətin xüsusi müşaviri vəzifəmi başa vurarkən, israfçılığın azaldılması imkanına görə prezident Donald Trampa təşəkkür edirəm”, – Mask yazıb.
O, həmçinin qeyd edib ki, rəhbərlik etdiyi qurum, Hökumətin Səmərəliliyi Departamenti (DOGE) gücləndiriləcək və zaman keçdikcə “bütün dövlət idarəetmə sistemi üçün həyat tərzinə çevriləcək”.
Maskın getməsi ilə bağlı məlumatı Ağ Ev nümayəndəsi də “Anadolu”ya şərhində təsdiqləyib.
Maskın istefa vermək qərarı, dövlət xərclərinin əhəmiyyətli dərəcədə artırılması və vergilərin azaldılmasını ehtiva edən yeni büdcə ilə bağlı prezidentlə fikir ayrılıqlarının kəskinləşməsi ilə əlaqədardır. Daha əvvəl CBS-ə verdiyi müsahibədə Mask demişdi: “Açığı, kəsiri azaltmaq əvəzinə artıran bu nəhəng xərcləmə proqramı məni çox məyus etdi. Bu, DOGE komandasının gördüyü bütün işləri baltalayır”.
P.ƏMİRCANOV
XQ