Rusiya Ukrayna ilə birbaşa danışıqların ikinci mərhələsini iyunun 2-də İstanbulda keçirməyi təklif edib. Buna cavab olaraq Kiyev tərəflərin mövqelərinin aydınlaşdırılması şərtini irəli sürüb.
Məlumatı “Eurinews” verib.
ABŞ prezidenti iki həftədən sonra Rusiyanın Ukrayna ilə sülhə səmimiyyətlə can atıb-atmadığının bəlli olacağını və Vaşinqtonun yanaşmasının dəyişəcəyinu bildirib.
Xarici işlər nazirinin Moskvada lentə aldığı videomüraciətdə izah etdiyi kimi, Rusiya Ukraynaya “memorandum” – Rusiyanın sülh müqaviləsi bağlamaq üçün şərtlərini əks etdirən diplomatik nota verəcək.
Lavrov deyib: “Rusiya tərəfi razılaşdırıldığı kimi, böhranın əsas səbəblərini etibarlı şəkildə aradan qaldırmağın bütün aspektləri üzrə mövqeyimizi əks etdirən müvafiq memorandum hazırladı. Vladimir Medinskinin başçılıq etdiyi nümayəndə heyətimiz bu memorandumu Ukrayna nümayəndə heyətinə təqdim etməyə və gələn bazar ertəsi, iyunun 2-də İstanbulda bərpa olunan birbaşa danışıqların ikinci raundu zamanı lazımi dəqiqləşdirmələri verməyə hazırdır”.
Çərşənbə günü axşam İstanbulda keçirilən ilk turda nümayəndə heyətinə rəhbərlik edən Ukraynanın müdafiə naziri Rustem Umerov Ukraynanın mövqeyini əks etdirən sənədi Rusiyaya təhvil verdiyini və cavab olaraq onların “memorandumunu” gözlədiyini təsdiqləyib.
P.ƏMİRCANOV
XQ