Rutte ABŞ-ın Ukraynada sülh naminə səylərini yüksək qiymətləndirib

post-img

NATO-nun Baş katibi Mark Rutte Ukraynada sülhün bərqərar edilməsi səylərini və bir gün əvvəl ABŞ Prezidenti Donald Trampın apardığı silsilə telefon danışıqlarını yüksək qiymətləndirib. Məlumatı “Anadolu” yayıb. 

Rutte Aİ müdafiə nazirlərinin Brüsseldə keçirilən iclasında bildirib ki, “Rusiyanın təcavüzünün davam etməsi, Çinin hərbi cəhətcə güclənməsi və terrorizm kimi təhdidlər həm Aİ ərazisi, həm də NATO üçün risk yaradır”.

Onun sözlərinə görə, Aİ nazirlərinin görüşündə müdafiə xərclərinin və istehsalın artırılması, eləcə də davamlı sülhə nail olmaq üçün Ukraynanın nəyə ehtiyacı olduğunu müzakirə edəcəyi gözlənilir.

Baş katib sülh təşəbbüslərində iştirakına görə ABŞ-a minnətdarlığını bildirib: “ABŞ administrasiyası son dərəcə fəaldır və avropalı tərəfdaşlarla sıx koordinasiyada hərəkət edir. Yanvar ayına qədər Ukrayna və Rusiya arasında ümumiyyətlə heç bir danışıqlar olmayıb. Mənim fikrimcə, prezident Trampın Rusiya lideri ilə ünsiyyət kanallarını açmağa başlaması müsbət haldır”.

NATO-nun baş katibi vurğulayıb ki, Trampın Ukrayna prezidenti Vladimir Zelenski, Rusiya prezidenti Vladimir Putin, Avropa liderləri və Avropa Komissiyasının nümayəndələri ilə apardığı danışıqlar ümidverici siqnaldır.

 

P.ƏMİRCANOV

XQ

Dünya