Rusiya Ukrayna ilə gələcək sülh sazişi, o cümlədən müəyyən müddətə mümkün atəşkəs haqqında memorandum üzərində işləməyə hazırdır. Bunu Rusiya Prezidenti Vladimir Putin bildirib. Məlumatı “İnterfaks.ru” verib.
“Biz ABŞ prezidenti ilə razılaşdıq ki, Rusiya Ukrayna tərəfinə bir sıra mövqelərin müəyyən edilməsi ilə mümkün gələcək sülh müqaviləsi ilə bağlı memorandum təklif edəcək və bir sıra məsələlər, o cümlədən nizamlanma prinsipləri, mümkün sülh sazişinin vaxtı, müvafiq razılaşmalar əldə olunarsa, müəyyən müddətə mümkün atəşkəs üzrə işləməyə hazırdır”, - Putin bildirib.
O qeyd edib ki, İstanbulda Rusiya-Ukrayna danışıqlarının iştirakçıları arasında təmaslar bərpa olunub və “bu, bizim ümumilikdə düzgün yolda olduğumuzu deməyə əsas verir”.
Dövlət başçısı ABŞ Prezidenti Donald Trampla söhbətin çox konstruktiv keçdiyini də vurğulayıb: “Mən onu yüksək qiymətləndirirəm”.
Bazar ertəsi səhər Putin və Tramp ilin əvvəlindən bəri üçüncü dəfə telefon danışığı aparıblar.
P.ƏMİRCANOV
XQ