İstanbulda Türkiyə Prezidentini Dolmabağça iqamətgahında Türkiyə, ABŞ və Ukrayna nümayəndə heyətlərinin üçtərəfli görüşü başa çatıb. Danışıqlara Türkiyənin xarici işlər naziri Hakan Fidan sədrlik edib.
Məlumatı “Anadolu” verib.
ABŞ nümayəndə heyətinə dövlət katibi Marko Rubio başçılıq edib. Amerika nümayəndə heyətinin tərkibinə ABŞ-ın Ankaradakı səfiri Tom Barak və prezident Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq da daxildir.
Ukrayna nümayəndə heyətinə Ukrayna Prezidenti Aparatının rəhbəri Andrey Yermak, müdafiə naziri Rustem Umerov və xarici işlər naziri Andrey Sıbiqa daxildir.
Danışıqların təfə\rrüatı barədə məlumat verilmir.
P.ƏMİRCANOV
XQ