Türkiyə, ABŞ və Ukrayna nümayəndələri cümə günü İstanbuldakı Dolmabaxça sarayında toplaşıb və burada Ukrayna nizamlamasına dair danışıqlar aparacaqlar. Məlumatı “A Haber” telekanalı xəbər verib.
Cümə günü səhər ABŞ dövlət katibi Marko Rubionun təyyarəsinin İstanbula eniş etdiyi bildirilir.
Bundan əvvəl Türkiyə mətbuatı Türkiyə, ABŞ və Ukrayna arasında üçtərəfli görüşün saat 10:45-də Dolmabaxçadakı prezident iqamətgahında baş tutacağını yazmışdı.
P.ƏMİRCANOV
XQ