Türkiyə heç bir şəraitdə öz sərhədlərində, nə İraqda, nə də Suriyada terror təşkilatlarının olmasına dözmək niyyətində deyil. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Məlumatı “Anadolu” yayıb.
Dövlət başçısı RKK terror təşkilatının özünü ləğv etməsi mövzusuna da toxunub: “Biz PKK-nın özünü buraxmasını ölkəmizi 40 ildir əziyyət çəkdiyi fəlakətdən xilas etməyin və regionda davamlı sülhün təmin olunmasının müsbət əlaməti kimi alqışlayırıq”.
Dövlət başçısı vurğulayıb ki, PKK-nın tərksilah edilməsi və silahlı fəaliyyətinin dayandırılması prosesi Türkiyə Milli Kəşfiyyat Xidməti (MİT) tərəfindən diqqətlə izlənəcək.
P.ƏMİRCANOV
XQ