Andrey Sıbiqa Türkiyədə ABŞ-ın dövlət katibi ilə görüşüb

post-img

Mayın 15-də NATO xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısının başladığı Antalyada Ukraynanın xarici işlər naziri Andrey Sıbiqa ilə ABŞ dövlət katibi Marko Rubio arasında görüş keçirilib.

Bu barədə ukraynalı nazir sosial şəbəkədə yazıb. Məlumatı “Anadolu” verib. 

Görüş zamanı nazirlər bu kritik həftə ərzində gələcək sülh səylərini və mövqelərin koordinasiyasını müzakirə ediblər: “Biz gələcək addımların məntiqini ətraflı müzakirə etdik və yanaşmaları bölüşdük. Mən Ukraynanın prezident Trampın sülh səylərinə güclü və ardıcıl sadiqliyini bir daha təsdiqlədim və ABŞ-a onun sülh prosesində iştirakına görə təşəkkür etdim”, - Sybiqa yazıb.

Onun sözlərinə görə, Kiyev ABŞ-la əməkdaşlığı konstruktiv və qarşılıqlı faydalı şəkildə inkişaf etdirməyə hazırdır: “Rusiyanın Ukraynanın konstruktiv addımlarına cavab verməsi çox vacibdir. Hələlik bu, baş verməyib. Moskva başa düşməlidir ki, sülhdən imtinanın öz qiyməti var”.

P.ƏMİRCANOV
XQ

Dünya