ABŞ Prezidenti Donald Tramp bildirib ki, əgər o, Türkiyəyə səfər etsə, Rusiya prezidenti Vladimir Putin də Türkiyəyə gələcək. ABŞ lideri belə bir görüşün mümkünlüyünü istisna etmir. Məlumatı “Reuters”ə istinadən “Kommersant” verib.
“O (Putin) mənim orada olmağımı istərdi və bu, tamamilə mümkündür. Mən olmasam, onun orada olub-olmayacağını bilmirəm. Bunu öyrənəcəyik” - deyə Tramp Səudiyyə Ərəbistanından Qətərə uçmazdan əvvəl bildirib.
“Əgər müharibəni belə dayandıra bilsək, bu barədə düşünərəm”, - Tramp deyib.
Bu həftə Donald Tramp mayın 15-də Rusiya və Ukrayna arasında danışıqlar aparmaq üçün şəxsən İstanbula uçmağı düşündüyünü söyləyib. Ukrayna Prezidenti Vladimir Zelenski də Rusiya lideri ilə Türkiyədə görüşməyə hazır olduğunu açıqlayıb.
P.ƏMİRCANOV
XQ