Şalva Papuaşvili: Əgər imkanları olsaydı, Qərbdəki bəzi qüvvələr Gürcüstana tanklarla girərdilər

post-img

Əgər imkanları olsaydı, Qərbdəki müəyyən qüvvələr Gürcüstana tanklarla girərdilər və bunu demokratiyanın bərpası ilə əsaslandırardılar.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili söyləyib. Onun sözlərinə görə, Gürcüstan hökuməti 2024-cü il noyabrın 28-də ölkənin Avropa İttifaqına (Aİ) daxil olması ilə bağlı danışıqların 2028-ci ilə qədər açılmasını ləğv etmək barədə qərar qəbul edib. Buna cavab olaraq, Qərb Gürcüstan hakimiyyətini demokratiyanı geri çəkməkdə ittiham edir, dərhal Avropaya inteqrasiya yoluna qayıtmağa, həmçinin Aİ prinsiplərinə zidd olan qanunları ləğv etməyə çağırır.

“Xaricdə kiminsə belə imkanı olsaydı, yəqin ki, demokratiyanı “bərpa etmək” üçün Gürcüstana tanklarla girərdilər”, - deyə Papuaşvili bildirib.

Parlamentin sədri deyib ki, sağlam düşüncə bəzi siyasətçilərin, xüsusən də Şərqi Avropanın belə bir qərar qəbul etməsinə mane olmayacaq: “Müşahidələrimə görə, bəzi insanlar, xüsusən də Şərqi Avropa ölkələrində tanklara əl atmağa imkan verən mövqelər tutur və sağlam düşüncə onlara belə bir qərar verməyə mane olmur”.

Onun sözlərinə görə, əvvəllər düşmən Gürcüstana tanklarla və silahlarla gəlirdisə, indi sanksiyalardan istifadə edir.

 
Xətayi Əzizov 

AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Dünya