Uitkoff danışıqların son məqsədini açıqlayıb

post-img

Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff bildirib ki, ABŞ, Ukrayna və Rusiya arasında danışıqların son məqsədi indi 30 günlük atəşkəsə nail olmaqdır və bu müddət ərzində tərəflər tam atəşkəs imkanlarını müzakirə edəcəklər. Bu barədə o, Taker Karlsona müsahibəsində bildirib.

"Son məqsəd 30 günlük atəşkəsdir, bu müddət ərzində biz daimi atəşkəs barədə müzakirələr aparacağıq. Biz artıq buna yaxınıq, lakin 30 günlük atəşkəs döyüş meydanında bütün şərtlərin nə olduğunu anlamaq məcburiyyətindəyik",- o əlavə edib.

Uitkoff enerji infrastrukturu üzrə atəşkəslə bağlı əldə olunmuş razılaşmanın irəliyə doğru atılmış mühüm addım olduğunu vurğulayıb, həmçinin Qara dənizdə hərbi dəniz qüvvələrinin zərbələrinə moratoriumun bərpa olunduğunu bəyan edib.

"Onlar bu barədə əvvəllər heç danışmamışdılar. Biz indi bu haqda danışırıq. Onlar Qara dənizdə dəniz zərbələrinə moratoriumun bərpası barədə heç vaxt danışmadılar. Bu, yaxın bir həftə ərzində həyata keçiriləcək. İşlənmək lazım olan bəzi detallar var, lakin bu, söhbətin bir hissəsidir", - Uittkoff deyib.

O, həmçinin qeyd edib ki, ABŞ Ukrayna xalqının yaşaya biləcəyi nəticələrə və razılaşmaya diqqət yetirib.

"Mən Ukraynanın bu vəziyyətdən çıxmasını istəyirəm. Mən istəyirəm ki, Rusiya bu vəziyyətdən çıxsın... İstəyirik ki, hamı müəyyən qədər razı olsun... hamının yaşaya biləcəyi bir razılaşma ilə", - o vurğulayıb.

S.ELAY

XQ

 

Dünya