Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas bildirib ki, Aİ Suriyada nizamlama prosesində regional tərəfdaşlara daha çox dəstək verməli və sanksiyaların aradan qaldırılması istiqamətində işi davam etdirməlidir. Məlumatı “Anadolu” verib.
Kallas martın 6-da Suriyanın Lazkiya qəsəbəsində baş verən zorakılıqlara hadisələrə toxunaraq, hadisənin “ciddi narahatlıq doğurduğunu” və Suriyada ümidlərin təhlükə altında olduğunu söyləyib. O, ölkəni “düzgün istiqamətə” yönəltmək üçün regional tərəfdaşlarla işləməyin vacibliyini vurğulayıb.
Bölgədə sabitlik və sülhü təmin etmək üçün bu gün Brüsseldə 9-cu Suriyaya Dəstək Konfransı keçiriləcək. Kallas qeyd edib ki, Aİ xarici işlər nazirlərinin görüşündə zorakılıq məsələləri qaldırılacaq.
Onun sözlərinə görə, xalqın ümidlərini bərpa etməyin vacib yollarından biri bankçılıq kimi xidmətlərə çıxışın yaxşılaşdırılmasıdır.
P.ƏMİRCANOV
XQ