Rusiya iki britaniyalı diplomatı casusluqda ittiham edərək onlara ölkəni tərk etmək üçün iki həftə vaxt verib.
AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, bununla əlaqədar Britaniya səfirliyinin nümayəndəsini Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) bildirib ki, həmin iki diplomat Rusiyaya giriş icazəsi alarkən yalan məlumat verib. Onların Rusiyanın təhlükəsizliyinə zərər verən kəşfiyyat və təxribat fəaliyyəti ilə məşğul olduqları müəyyən edilib. Britaniyanın Moskvadakı səfirliyi məsələyə reaksiya verməyib, lakin əvvəllər oxşar ittihamları rədd edib.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London