Rusiya prezidenti Vladimir Putin və ABŞ lideri Donald Tramp arasında görüşə hazırlıq tempi daha da sürətlənib. Bu barədə CNN mənbələrə istinadən məlumat yayıb. Xəbəri TASS verib.
Məlumata görə, Trampın fevralın 28-də Ağ Evdə Vladimir Zelenski ilə mübahisəsi yaxın həftələrdə Rusiya və ABŞ arasında münasibətlərin bərpası ilə bağlı danışıqların növbəti raundu üçün əlavə stimul olub.
Putinlə Tramp arasında fevralın 12-də telefon danışığı olub. Kremlin məlumatına görə, iki ölkə liderləri şəxsi görüşlərin təşkili də daxil olmaqla, şəxsi təmasları davam etdirmək barədə razılığa gəliblər.
Fevralın 18-də Rusiya liderinin köməkçisi Yuri Uşakov Rusiya və ABŞ prezidentlərinin görüşünün konkret tarixinin hələ müəyyən edilmədiyini bildirib.
P.ƏMİRCANOV
XQ