"Bloomberg" mənbəyə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Trampın administrasiyası özəl olaraq bəyan edib ki, Ukrayna prezidenti Vladimir Zelenskidən xalq qarşısında üzrxahlıq gözləyir. Mənbənin sözlərinə görə, bu, prezidentlər arasında mübahisədən sonra ölkələr arasında münasibətləri yaxşılaşdıra bilər.
Böyük Britaniyanın baş naziri Kir Starmer və Donald Tramp arasında aparılan danışıqlara yaxın olan avropalı rəsmi Ağ evin Ukrayna prezidentinin xalq qarşısında üzr istəməsini eşitmək istəyindən danışıb. Onun sözlərinə görə, London Vaşinqtonu Kiyevlə danışıqlar masasına qayıtmağa çağırıb, lakin bundan imtina edilib.
Fevralın 28-də Donald Tramp və Vladimir Zelenski arasında faydalı qazıntılar üzrə sazişin iflasına səbəb olan mübahisə yaranıb. Ağ ev Kiyevlə danışıqların dayandırılmasının tərəfdarı olduğunu bildirib. “The New York Times” yazıb ki, Donald Tramp Vladimir Zelenski ilə münaqişə fonunda Ukraynaya dəstəyi tamamilə dayandıra bilər.
Martın 1-də Londonda Kir Starmer və Vladimir Zelenski arasında görüş baş tutub. Böyük Britaniyanın baş naziri Ukraynanı “nə qədər lazımdırsa, dəstəkləməyə hazır olduğunu” bəyan edib.
S.ELAY
XQ