Ərdoğan: Avropa İttifaqını yalnız Türkiyə xilas edə bilər

post-img

Türkiyə 1999-cu ildə Aİ-yə namizəd statusu alıb və üzvlük danışıqları 2005-ci ildə başlayıb. Lakin Avropa Türkiyəni öz ittifaqına qəbul etməyib. Bunu Türkiyə prezidenti Rəcəb Ərdoğan deyib. Məlumatı “Korrespondent” verib. 

Onun sözlərinə görə, Avropada “liberal demokratiya əvvəlki gücünü itirib” və “Avropa İttifaqını çıxılmaz vəziyyətə salıb”. Və yalnız Türkiyə ittifaqın tamhüquqlu üzvü kimi Aİ-ni bu küncdən çıxara bilər. 

O, Avropada “anti-immiqrant və islamofob ifrat sağçı hərəkatların sayının artdığını” qeyd edib. Bunu Aİ ölkələrində keçirilən son seçkilər nümayiş etdirib və bu, məhz “liberal demokratların gücünü itirməsi səbəbindən” baş verib: “Yalnız Türkiyənin tamhüquqlu üzvlüyü Avropa İttifaqını iqtisadiyyatdan müdafiəyə, siyasətdən beynəlxalq nüfuza qədər düşdüyü ümidsizlikdən xilas edə bilər”. 

Ərdoğan bildirib ki, bunun əsas səbəblərindən biri iqtisadi amillərlə yanaşı, “Avropa mərkəzçi siyasətinin zamanı düzgün hiss edə bilməməsi”dir: “Siyasət həyat kimi, boşluğa dözmür. Bu gün Qərbdə yaranmış vəziyyət məhz belədir. Son seçkilərdən göründüyü kimi, Avropa demokratiyalarında ifrat sağçı demaqoqlar boşluğu doldurur”.

 

P.ƏMİRCANOV

XQ

Dünya