Rusiyanın xarici işlər naziri Sergey Lavrov Tehrana işgüzar səfərə gəlib. İran paytaxtında nazirin İranın xarici işlər naziri Abbas Əraqçi ilə ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsinə dair danışıqları planlaşdırılıb. Məlumatı “Kommersant” verib.
Xarici siyasət idarələrinin rəhbərləri enerji və nəqliyyat sahələrində birgə layihələrin həyata keçirilməsini, həmçinin Suriya, Yəmən və Zaqafqaziyadakı vəziyyəti, İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı ətrafında vəziyyəti müzakirə edəcəklər. Sergey Lavrov Tehrana İran prezidenti Məsud Pezeşkianın Rusiya səfərindən bir ay sonra gəlib.
Fevralın 24-də Sergey Lavrov Ankarada olub, burada türkiyəli həmkarı Hakan Fidan ilə danışıqlar aparıb və respublika prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edilib. Əsas müzakirə mövzusu Rusiya-Ukrayna münaqişəsi olub.
P.ƏMİRCANOV
XQ