ABŞ-ın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq bu gün Ukraynanın paytaxtı Kiyevə gəlib. Məlumatı “Anadolu” verib.
Kiyev vağzalında Kelloqu ABŞ-ın Ukraynadakı səfiri Bridcet Brink qarşılayıb.
Trampın xüsusi nümayəndəsi Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşmək niyyətindədir.
“Biz qulaq asacağıq. Lazım olanı təmin etməyə hazırıq. Biz təhlükəsizlik zəmanətlərinə ehtiyac olduğunu başa düşürük. Mənim missiyamın bir hissəsi dinləməkdir. Sonra mən ABŞ-a qayıdacağam və hər şeyi düzgün başa düşməyimizə əmin olmaq üçün prezident Trampla danışacağam”, - deyə Kelloq bildirib.
P.ƏMİRCANOV
XQ