ABŞ prezidenti Ukrayna liderilə telefonla danışıb

post-img

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə danışıqlardan dərhal sonra Ukrayna lideri Volodimir Zelenski ilə telefon danışığı aparıb.

Bu barədə UNİAN Ukrayna prezidentinin məsləhətçisi Dmitri Litvinə istinadən məlumat yayıb.

Litvinin sözlərinə görə, Ukrayna və Amerika liderləri arasında danışıqlar təxminən saat 19:40-da başa çatıb. Onun sözlərinə görə, siyasətçilər təxminən bir saat danışıblar.

Qeyd edək ki, daha əvvəl Tramp Putinlə “məhsuldar” telefon danışığı barədə məlumat verərək “dərhal danışıqlara başlamaq” niyyətində olduğunu vurğulamışdı. Kreml rəhbəri ilə söhbətini şərh edən Tramp Zelenskiyə “indi” zəng edəcəyini bildirmişdi.

Dünya