Suriyada YPG liderlərindən biri zərərsizləşdirilib

post-img

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriyaya endirdiyi dəqiq zərbə ilə YPG-nin (PKK-nın Suriya qanadı) liderlərindən biri olan “Azad” kod adlı Mahmud Ağcanı zərərsizləşdirib. 

Məlumatı XQ “anadolu”ya istinadən verib. 

Türkiyə təhlükəsizlik mənbələri bildiriblər ki, 2015-ci ildən bəri Türkiyədə bir sıra terror aktları törətdiyi müəyyən edilən terrorçu MİT-in prioritet hədəfləri siyahısında olub.

Suriyanın şimalındakı Ayn əl-Ərəb (Kobani) bölgəsində terrorçuların görüşlərinin keçirildiyi evlərdən birində həyata keçirilən məqsədyönlü əməliyyat nəticəsində yaraqlı zərərsizləşdirilib.

 

P.ƏMİRCANOV

XQ

 

 

Dünya