ABŞ prezidenti Donald Tramp Kanada, Meksika və ABŞ-dan idxal olunan mallara gömrük rüsumlarının tətbiq edilməsi haqqında fərmanlar imzalayıb. Tariflər fevralın 4-dən qüvvəyə minəcək. Məlumatı “İzvestiya.ru” yayıb.
ABŞ-ın aparıcı ticarət tərəfdaşı olan hər üç ölkə Trampın hərəkətlərinə tariflər artırmaqla cavab vermək niyyətindədir.
“ReutersÜ yazır: “Tramp bildirib ki, Meksika, Kanada və Çinə tətbiq etdiyi tariflər amerikalılara “qısamüddətli” zərər verə bilər. Qərar qlobal birjaları rüsumların zərərli ticarət müharibəsinə səbəb olacağı qorxusu ilə sarsıdıb”.
Kanada, Meksika və Çinlə bağlı imzalanmış üç sərəncamda qeyd olunan tariflər fevralın 4-də Moskva vaxtı ilə saat 08:01-dən qüvvəyə minəcək. İqtisadçılar bildiriblər ki, respublikaçı prezidentin Kanada və Meksikaya 25 faiz, Çinə – ABŞ-ın üç ən böyük ticarət tərəfdaşından birinə 10 faiz rüsum tətbiq etmək planı qlobal artımı yavaşıdacaq və amerikalılar üçün qiymətləri qaldıracaq.
P.ƏMİRCANOV
XQ