Dünya valyutaları niyə ucuzlaşır?

post-img

ABŞ prezidenti Donald Trampın Kanada, Meksika və Çindən gətirilən mallara idxal rüsumları tətbiq etmək qərarı dolların əksər dünya valyutaları qarşısında möhkəmlənməsinə səbəb olub.

ABŞ dolları Kanada dolları qarşısında 1,2 faiz, Meksika pesosu qarşısında isə 2 faiz bahalaşıb. Hərracda 1 ABŞ dolları 1,47 Kanada dolları və 21,07 pesoya təklif olunub. Meksika valyutası 2021-ci ilin noyabr ayından bu yana bu qədər aşağı düşməyib və Kanada valyutası 2003-cü ildən bəri yeni minimuma çatıb. Xarici birjalardakı ticarət zamanı dolların yuana nisbətdə məzənnəsi 7,37-yə çatıb ki, bu da Çin valyutası üçün antirekord olub. Çinin özündə birjalar Çin Yeni ili bayramı üçün fevralın 5-nə qədər bağlıdır.

Digər dünya valyutaları da dollar qarşısında ucuzlaşır. Belə ki, Bakı vaxtı ilə saat 11:30-da avro dollar qarşısında 1,2% dəyər itirərək 2022-ci ilin noyabrından bəri ən aşağı səviyyəyə düşüb. Avstraliya dolları son 5 ilin ən aşağı səviyyəsinə düşüb, İsveçrə frankı isə ABŞ dolları qarşısında keçən ilin may ayından bəri ən aşağı qiymətə satılır.

Bu gün kriptovalyuta qiymətləri də aşağı düşüb. Son 24 saat ərzində rəqəmsal valyuta bazarının ümumi kapitallaşması 10% azalıb, ən böyük kriptovalyutaların bir çoxu son 24 saat ərzində 20%-dən çox ucuzlaşıb.

Şənbə günü cənab Tramp fevralın 4-dən Kanada, Çin və Meksikadan gətirilən mallara idxal rüsumlarının tətbiqi haqqında sərəncam imzalayıb. Çin üçün bu nisbət 10%, Meksika üçün - 25%, Kanada üçün - enerji resursları üzrə 10% və digər idxal üzrə 25% olacaq. Kanada və Meksika artıq cavab tarifləri tətbiq edəcəklərini bəyan ediblər və digər tədbirləri istisna etməyiblər. Çin Ümumdünya Ticarət Təşkilatında iddia qaldıracağına söz verib.

S.ELAY

XQ

İqtisadiyyat