Suriyanın müvəqqəti dövlət başçısı Əhməd əş-Şara ilk xarici səfərini Səudiyyə Ərəbistanına edib. Məlumatı “Anadolu” verib.
Səudiyyə Ərəbistanının “Əl-İxbariyyə” telekanalının məlumatına görə, Şara xarici işlər naziri Əsəd Həsən Şeybaninin müşayiəti ilə ölkənin paytaxtı Ər-Riyada gəlib.
Suriya lideri ilə vəliəhd şahzadə Məhəmməd bin Salman arasında görüş planlaşdırılır.
Yanvarın 29-da Suriyada yeni administrasiyasının başçısı Əhməd əl-Şara, xarici işlər naziri Əsəd Həsən Şeybani və bu ölkənin silahlı birləşmələrinin nümayəndələrinin iştirakı ilə “Qələbə Konfransı” keçirilib. Konfransdan sonra Şara Suriyanın keçid dövrü prezidenti elan edilib.
P.ƏMİRCANOV
XQ