Cənubi Koreya rəsmiləri “Air Busan” təyyarəsi ilə bağlı birgə araşdırmaya başlayır

post-img

Bu gündən etibarən Cənubi Koreya “Air Busan” aviasiya şirkətinin Pusan şəhərindəki beynəlxalq hava limanında yanan təyyarəsi ilə bağlı birgə araşdırmaya başlayır.

AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, milli ədliyyə xidməti və polis təyyarənin içərisindən nümunələr toplayıb. Səlahiyyətlilər təhlükəsizlik baxımından yalnız on nəfərə təyyarənin gövdəsinə daxil olmağa icazə verildiyini bildiriblər.

Qeyd edək ki, yanğın zamanı 169 sərnişin və 7 heyət üzvü təxliyə edilib. Yanğının səbəbi hələ müəyyən edilməsə də, bəzi sərnişinlər və ekipaj üzvləri onun portativ batareya və ya zibil qutusunda saxlanılan digər əşyalar səbəbindən başladığını bildiriblər.

Dünya