Kaliforniya ştatının Martinez şəhərində neft emalı zavodunda yanğın baş verib, azı 3 nəfər xəsarət alıb.
Bu barədə “The Mercury News” qəzeti məlumat yayıb.
Partlayışa və irimiqyaslı yanğına karbohidrogen sızmasının səbəb olduğu bildirilir.
Zavodun 3 əməkdaşı yüngül xəsarət alıb, bütün işçilər təxliyə edilib. (AZƏRTAC)