Fransa Beynəlxalq Münasibətlər İnstitutunun (İFRİ) araşdırması ölkənin döyüş aviasiyasının digər hərbi güclərlə müqayisədə reytinqinin aşağı düşməsi barədə xəbərdarlıq edir.
AZƏRTAC xəbər verir ki, iki qırıcı pilotu İFRİ-i üçün Fransanın Hava və Məkan Ordusunun (AAE) hava istünlüyü imkanlarına dair araşdırma aparıb. Araşdırmaların nəticələrinə əsasən, Fransanın silahlı qüvvələr modeli paytaxt ərazisinə hücumun qarşısının alınması və onun hava hücumundan müdafiəsi ətrafında qurulub. Yüksək intensivlikli qarşıdurmada effektiv təsir göstərmək baxımından aşağı səviyyədədir. Buna səbəb kimi donanmaların, missiya avadanlıqlarının və sursatların həcminin kifayət qədər olmaması göstərilib.
Tədqiqatın gündəmə gətirdiyi digər problem radardan yayınmaqdır. Müttəfiqlərarası təlimlərdə müntəzəm olaraq 5-ci nəsil qırıcılarla qarşılaşan fransız pilotları qeyd edirlər ki, “Rafale”ın gizli qırıcılara qarşı döyüş tapşırığını sensorların hazırkı vəziyyəti ilə qazanması mümkün deyil. Fransız qırıcı təyyarələri strategiya seçərkən köməkçi rolla məhdudlaşdırıla bilər.
Həmçinin araşdırma fransız qırıcı təyyarələrinin az sayda olması və "mürəkkəb" sursatların çatışmazlığı kimi məsələləri qeyd ediblər. “İrimiqyaslı təlimlər və ya simulyasiyalar zamanı müşahidə olunan hava-hava raketlərinin istehlakı 2024-cü ildəki faktiki ehtiyatlarla müqayisədə (...) yalnız üç günlük yüksək intensivlikli döyüşə tab gətirə bilər. Raketlərin köhnəlməsi ilə bağlı məhdudiyyətləri nəzərə alsaq, bu problem zaman keçdikcə daha da pisləşə bilər”, - deyə araşdırmada qeyd edilib.