Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) İdarə Heyətinin sədri Vüqar Əliyevin rəhbərik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində (BDU) olub.
BDU rektoru Elçin Babayev qonaqlara son illər Universitetdə həyata keçirilən yeniliklər barədə məlumat verib, ölkədaxili və beynəlxalq əməkdaşlığın, işəgötürənlərlə əlaqələrin prioritet xarakter daşıdığını bildirib.
O qeyd edib ki, BDU-nun Jurnalistika fakültəsi ölkədə jurnalist hazırlayan əsas bazadır. Son illər BDU-nun Medianın İnkişafı Agentliyi, Audiovizual Şura, Mətbuat Şurası da daxil olmaqla, müxtəlif media qurumları ilə səmərəli əməkdaşlığı yaranıb. Jurnalistika fakültəsində MEDİA, Mətbuat Şurası, “ARB24”, “Xalq qəzeti”nin xüsusi otaqları açılıb. Bu otaqların hər biri tələbə-jurnalistlər üçün nəzəri biliklərin praktikada tətbiqi baxımından əvəzsiz rol oynayır. Rektor BDU-nun ölkəmizin klassik, böyük agentliyi olan AZƏRTAC-la müxtəlif istiqamətlərdə əməkdaşlıq, birgə layihələr həyata keçirmək imkanlarının böyük olduğunu, bunun dövlətin informasiya təhlükəsizliyinə fayda verəcəyini bildirib.
AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev isə bildirib ki, son iki ildə agentlikdə informasiya siyasəti yeni səpkidə qurulub. 8 dildə operativ xəbərlər yayan, 60-a yaxın xarici media qurumu ilə əməkdaşlıq edən və 24 ölkədə müxbir məntəqəsi olan AZƏRTAC kadr bazasını daim yeniləyir, gənclərə üstünlük verir. Bu baxımdan BDU ilə əməkdaşlıq hər iki quruma fayda verə bilər.
Görüşdə iki qurum arasında əməkdaşlığın genişləndirilməsi və yeni layihələrlə bağlı müzakirələr aparılıb.
AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti BDU-da
- Təhsil
- 16:28 31.01.2025
- Oxunma sayı: 1013

Açar sözlər:
Paylaş:
Axtarışda olan 74 nəfər tutulub
16:35 31.01.2025Təhsil
Məktəblilərimizin beynəlxalq olimpiada uğuru
00:35 03.08.2025ATMU ali təhsil müəssisələrinin sərgisində iştirak edib
14:02 02.08.2025ADAU-nun İnnovasiya Mərkəzi beynəlxalq sertifikata layiq görülüb
17:13 30.07.2025Dövlət Proqramına qəbula dair ilkin siyahı müəyyən olunub
12:03 29.07.2025Bakı Dövlət Universiteti: elm və təhsilin zirvəsi
12:42 28.07.2025Naxçıvanın builki məzunları 30 ilin ən yüksək nəticəsini göstərdi
11:45 26.07.2025Məktəblilərimiz Beynəlxalq Fizika Olimpiadasında uğur qazanıb
14:29 25.07.2025-
- 00:57 03.08.2025
-
- 00:55 03.08.2025
-
- 00:54 03.08.2025
-
- 00:50 03.08.2025
-
- 00:50 03.08.2025
-
- 00:48 03.08.2025
-
- 00:47 03.08.2025
-
- 00:41 03.08.2025
-
- 00:36 03.08.2025
-
- 00:35 03.08.2025
-
- 00:31 03.08.2025
-
- 00:30 03.08.2025
-
- 00:29 03.08.2025
-
- 00:28 03.08.2025
-
- 00:25 03.08.2025
-
- 00:22 03.08.2025
-
- 00:21 03.08.2025
-
- 00:20 03.08.2025
-
- 00:20 03.08.2025
-
- 00:19 03.08.2025
-
- 00:18 03.08.2025
-
- 00:13 03.08.2025
-
- 00:10 03.08.2025
-
- 00:08 03.08.2025
-
- 00:06 03.08.2025
-
- 00:04 03.08.2025
-
- 00:03 03.08.2025
-
- 00:02 03.08.2025
-
- 00:01 03.08.2025
-
- 23:59 02.08.2025
-
- 23:56 02.08.2025
-
- 23:54 02.08.2025
-
- 23:52 02.08.2025
-
- 23:49 02.08.2025
-
- 20:55 02.08.2025
-
- 18:45 02.08.2025
-
- 16:29 02.08.2025
-
- 16:20 02.08.2025
-
- 16:17 02.08.2025
-
- 15:52 02.08.2025