ABŞ prezidenti Donald Tramp fevralın 1-dən Kanada və Meksikadan idxal olunan mallara 25 faiz rüsum tətbiq etməyi planlaşdırdığını açıqlayıb, lakin tariflər arta bilər. O, bu barədə yanvarın 31-də Ağ Evdə bildirib.
Məlumatı XQ “İzvüstiya.ru”ya istinadən verib.
“Bir sıra səbəblərə görə Kanada və Meksikaya qarşı tariflər elan edəcəyik. Birincisi, ölkəmizə dəhşətli və çoxlu sayda insan axın etdiyinə görə”, - ABŞ liderinin Ağ Evin YouTube kanalında dərc olunmuş bəyanatında deyilir.
Tramp qeyd edib ki, bu qərar ölkəyə daxil olan fentanil, eləcə də ABŞ-ın ticarət kəsiri vasitəsilə Kanada və Meksikaya verdiyi böyük subsidiyalar səbəbindən verilir.
Ancaq o, Kanada və Meksikanın ABŞ-a neft tədarükünün rüsumlara tabe olub-olmayacağını dəqiqləşdirməyib: “Biz bunu ya edə bilərik, ya da etmərik”.
P.ƏMİRCANOV
XQ