Reuters: USAID Ukraynaya yardım proqramını dondurdu -VİDEO

post-img

ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) Ukraynaya yardımın göstərilməsi ilə bağlı layihələri dayandırıb.  Bu barədə Reuters mənbələrə istinadən xəbər verir. Dondurulmuş layihələr arasında məktəblərə dəstək və sağlamlıq yardımı, o cümlədən analara təcili yardım və uşaqlar üçün peyvəndlər var.

“Təşkilatlar bütün fəaliyyətləri, o cümlədən HİV/QİÇS-lə bağlı bütün həyati vacib səhiyyə xidmətləri, qidalanma, ana və uşaq sağlamlığı, bütün kənd təsərrüfatı işləri, vətəndaş cəmiyyəti təşkilatlarına bütün dəstəyi, təhsili dayandırmalı olacaqlar”, - USAID-in sabiq rəsmisi bildirib.

USAID-in qərarı ABŞ dövlət katibi Marko Rubionun əksər xarici yardım proqramlarının 90 gün müddətinə dondurulması əmrindən sonra verilib. Onun təyinatı digər məsələlərlə yanaşı, Ukrayna, Tayvan və İordaniyaya aiddir. Dövlət Departamentinin hansı xarici yardım proqramlarının davam etdirilməsi ilə bağlı tövsiyələr vermək üçün 85 günü var.

XQ


@xalqqazeti USAID Ukraynaya yardım proqramını dondurdu #keşfet #xeberler #Tiktok #USA #ukrainenews #Ukraine #help #USAİD ♬ оригинальный звук - xalqqazeti

Dünya