Avropa İttifaqının 27 ölkəsinin daimi nümayəndələri bu gün keçirilən iclasda Gürcüstandakı qondarma “diplomatik geriləmə” ilə əlaqədar bu ölkə diplomatları üçün vizasız rejimin dayandırılması qərarını təsdiqləyiblər. Bu barədə TASS müxbirinə Aİ Şurasındakı icma ölkələrindən birinin nümayəndə heyətindəki mənbə məlumat verib.
Xəbəri TASS yayıb.
“Bəli, bu gün səhər daimi nümayəndələr Gürcüstanın diplomatik pasportları üçün vizasız rejimin dayandırılması barədə qərar qəbul ediblər”, - deyə o bildirib.
Diplomatın sözlərinə görə, bu qərar indi Aİ Şurası tərəfindən rəsmi şəkildə təsdiqlənməlidir və 27 üzv ölkənin xarici işlər nazirlərinin yanvarın 27-də keçiriləcək iclasında elan edilə bilər.
Dekabrın 20-də Avropa Komissiyası rəsmi olaraq Gürcüstan rəsmiləri və diplomatları üçün vizasız rejiminin dayandırılmasını təklif edib.
P.ƏMİRCANOV
XQ