Energetika Nazirliyi “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində təşkil edilən növbəti qanvermə aksiyasında iştirak edib.
Talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən uşaqlara dəstək olmaq və onlar üçün tədarük olunan qan ehtiyatını artırmaq məqsədi ilə keçirilən aksiyada Nazirliyin Aparatı və tabeli qurumların əməkdaşları könüllü qan veriblər. Xüsusi tibb briqadasının həkimləri tərəfindən donorların sağlamlıq vəziyyəti yoxlanılıb, tibbi müayinədən sonra onlardan qan götürülüb.