Şahzadə Harri “The Sun” qəzetinin nəşriyyatçısı ilə məhkəmə iddiasında razılığa gəlib

post-img

Sasseks hersoqu Şahzadə Harri, “The Sun” qəzetinin nəşriyyatçısı News Group Newspapers (NGN) ilə qanunsuz məlumat toplama iddiası üzrə məhkəmə çəkişməsini həll edib.

AZƏRTAC “BBC”yə istinadla xəbər verir ki, Şahzadə Harri, “NGN”in jurnalistləri və xüsusi detektivləri tərəfindən hədəf alındığını iddia edirdi. Şahzadə Harrinin vəkili Devid Şerborn bu gün səhər saatlarından tərəflərin razılığa gəldiklərini, “NGN”in üzr istədiyini və əhəmiyyətli məbləğdə təzminat ödəyəcəyini bildirib.

Ali Məhkəmənin önündə mətbuata açıqlama verən D.Şerborn, Rupert Merdokun sahibi olduğu “NGN” şirkətini sərt tənqid edərək yalanlarının ifşa olunduğunu deyib. O əlavə edib ki, heç kim qanundan üstün deyil. Devid Şerborn daha sonra “NGN”in əhəmiyyətli məbləğdə təzminat ödəyəcəyini təsdiqləyən üzr məktubunu oxuyub.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Dünya