Rusiya və Özbəkistan hərbi sahədə strateji tərəfdaş oldu

post-img

Bu gün Daşkənddə Rusiya və Özbəkistanın müdafiə nazirlikləri arasında 2025-ci il üçün əməkdaşlıq planı və iki ölkə arasında hərbi sahədə 2026-2030-cu illər üçün strateji tərəfdaşlıq proqramı imzalanıb.

“İnterfaks.ru” bildirir ki, sənədləri Rusiya və Özbəkistanın hərbi idarələrinin rəhbərləri Andrey Belousov və Şuxrat Xalmuxəmmədov imzalayıblar.

Mərasim Rusiya müdafiə nazirinin Özbəkistana rəsmi səfəri çərçivəsində baş tutub.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Rusiya və Özbəkistanın Müdafiə nazirlikləri arasında 2025-ci il üçün əməkdaşlıq planına iki ölkənin hərbi idarələrinin fəaliyyətinin bütün istiqamətləri üzrə 50 birgə tədbir daxildir.

 

P.ƏMİRCANOV

XQ

 

 

Dünya